“İranda Pezeşkianın hakimiyyətə gəlməsi ilə müəyyən ümidlər yaranıb” — AÇIQLAMA

SİYASƏT 23 aprel 2025, 18:12
"İran Prezidentinin Azərbaycanla bağlı səsləndirdiyi fikirlər müsbət olsa da, problemlərin yoluna düşməsi üçün İran tərəfindən ciddi addımlar atılmalıdır. İran tərəfinin Azərbaycana qarşı apardığı siyasət səbəbindən iki tərəf arasında son 5 ildə daha çox gərginliklər yaşanıb. Azərbaycan ərazilərinin suverenliyini bərpa etdikdən sonra İran terrorçu rejimə açıq şəkildə dəstək verib. Bu günə qədər də bu mövqedə hansısa ciddi dəyişiklik görmürük".

Bu sözləri Demokrat.az-a açıqlasında politoloq Oqtay Qasımov deyib.

Politoloq bildirib ki, İranda Pezeşkianın hakimiyyətə gəlməsi ilə müəyyən ümidlər yaranıb:

"Onun qonşularla problemlərin həllinə diqqət ayırması yönündə açıqlamaları müsbət amildir. Pezeşkian Azərbaycana səfər edəcək. Güman edirik ki, o, bu fikirlərində səmimidir. 

Təəssüf ki, İranda bütün məsələlər prezidentin mövqeyi ilə həll olunmur. İranda dövlət siyasətini müəyyən edən digər qurumlar var. Dini lider və SEPAH dövlət siyasətinə ciddi təsir edir. İranda bütün dövlət qurumları bu dəyişiklikləri istəyəcəksə, o zaman münasibətlər normallaşa bilər".

Qeyd edək ki, İran Prezidenti Məsud Pezeşkian bildirib ki, İran-Azərbaycan münasibətlərindəki bəzi anlaşılmazlıqlar və problemlər aradan qaldırılmalıdır.


Əfsanə Kamal
Demokrat.az

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
23 aprel 2025, 21:48
23 aprel 2025, 20:27
Top