Bu ölkədə güclü istilər səbəbindən meşə yanğınları başladı

DÜNYA 23 aprel 2025, 18:30
Güclü istilərə görə İsrailin bir neçə bölgəsində meşə yanğınları başlayıb. 

Demokrat.az
xəbər verir ki, bu barədə “Ynet” portalı məlumat yayıb.

Məlumatda deyilir ki, Mazkeret Batya və Beyt Şemeş bölgələrində evlərə və dəmiryol relslərinə yayılan yanğını söndürmək üçün onlarla qrup, təyyarə və helikopter çalışır. 

Qeyd olunur ki, yanğınlar səbəbindən bir neçə marşrut xətti üzrə qatarların hərəkəti dayandırılıb. Digər ərazilərdə də yanğınlar müşahidə olunur.

Yanğınlar istilərin yaratdığı quraqlıq səbəbindən başlayıb. Bəzi yerlərdə havanın temperaturu +34 dərəcəyə çatıb.


Əfsanə Kamal
Demokrat.az

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top