Paşinyan sülh sazişi imzalamağa hazır olduğunu bəyan etdi

XARİCİ SİYASƏT 23 aprel 2025, 19:56
Ermənistanın baş naziri Nikol Paşinyan Avropa Şurası Parlament Assambleyasının (AŞPA) sədri Teodor Russopulosun başçılıq etdiyi nümayəndə heyətini qəbul edib.

Demokrat.az xəbər verir ki, baş nazir N.Paşinyan Azərbaycanla razılaşdırılmış sülh sazişinə toxunub və Ermənistanın sülh gündəliyinə sadiqliyini, sazişi imzalamağa hazır olduğunu vurğulayıb.

Görüşdə regional sabitlik və sülh naminə dialoqun, çoxtərəfli əməkdaşlığın dərinləşdirilməsinin vacibliyi qeyd edilib. (report)

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
23 aprel 2025, 21:48
Top