Danimarkadan Ukraynaya hərbi yardım

DÜNYA 23 aprel 2025, 22:12
Danimarka hökuməti Estoniyanın Ukrayna üçün artilleriya sursatları almasına 48,46 milyon dollar ayırıb. 

Demokrat.az
xəbər verir ki, bu barədə Danimarka Krallığının Müdafiə Nazirliyi məlumat yayıb.

Qeyd olunur ki, görüşdə Danimarka və Estoniyanın müdafiə nazirləri Troels Lund Poulsen və Hanno Pevkur Ukrayna Silahlı Qüvvələrinə (AFU) gələcək dəstəyi müzakirə edəcək.

Ümumilikdə, 2022-ci ilin fevral ayından Danimarka Ukraynaya hərbi sahədə təxminən 8,5 milyard avro, mülki sahədə isə təxminən 854 milyon avro vəsait ayırıb.



Əfsanə Kamal
Demokrat.az

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
23 aprel 2025, 21:48
Top