Yer kürəsində canlı orqanizm ən azı 1 milyard il yaşaya bilər.
Demokrat.az xəbər verir ki, Çikaqo Universitetinin alimləri belə nəticəyə gəliblər.
Araşdırmaya görə, Günəşin parlaqlığı hər milyard ildən bir təxminən 10 faiz artır. Bu, Yerin getdikcə daha çox enerji alması ilə nəticələnir və nəticədə planetin səthində temperatur durmadan artır.
Uzunmüddətli perspektivdə bu, planeti yaşayış üçün yararsız hala sala bilər.
Planetin canlılığını qoruyan əsas element karbon dövrüdür.
Alimlər qeyd edirlər ki, bu proses təxminən 1,6 milyard ildən sonra artan günəş aktivliyinin təsiri altında pozulacaq.
Atmosferdəki CO2 (karbon qazı) səviyyəsini tənzimləyən bu mexanizm bitki həyatının qorunmasında həlledici rol oynayır.
Bitkilər fotosintez üçün karbon qazından istifadə edir, oksigen istehsal edir və qida zəncirinin əsasını təşkil edir. Lakin hava temperaturu artdıqca CO2 konsentrasiyası sürətlə azalmağa başlayacaq. Bu, bitki örtüyünün, sonra isə ondan asılı olan heyvanların məhvinə gətirib çıxaracaq.
Beləliklə, alimlər hesab edirlər ki, Yer kürəsi uzun müddət yaşamaq üçün yararlı qalsa da, onun “bioloji saatı” artıq geri saymağa başlayıb.
Əfsanə Kamal
Demokrat.az