İlham Əliyevdən Çinlə viza rejiminin ləğvi ilə bağlı açıqlama

XARİCİ SİYASƏT 09 sentyabr 2025, 10:44
Bu il ərzində Çinə həyata keçirilmiş səmərəli dövlət və işgüzar səfərlərim, bir çox sənədlərin, xüsusilə də strateji tərəfdaşlıq barədə iki sənədin imzalanması, qarşılıqlı viza rejiminin ləğvi Azərbaycan ilə Çin arasında sıx tərəfdaşlıq və dostluq münasibətlərinin bariz nümunələridir.

Demokrat.az xəbər verir ki, bu fikirlər Azərbaycan Prezidenti İlham Əliyevin “İnkişaf və təhlükəsizliyin rezonansı: AQEM-in institusional transformasiyasında regional əməkdaşlıq və idarəetmə” adlı AQEM-in Beyin Mərkəzləri Forumunun 13-cü sessiyasının iştirakçılarına müraciətində qeyd olunub.

Dövlətimizin başçısı, həmçinin vurğulayıb ki, ilk dəfə olaraq Çindən kənarda keçirilən bu forumun məhz Azərbaycanda baş tutması məmnunluq doğurur.

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
09 sentyabr 2025, 16:13
09 sentyabr 2025, 16:10
09 sentyabr 2025, 14:54
Top