“Havanın dəyişməsi insan orqanizminə bəzən çox ciddi təsir göstərə bilir. Bu təsirlər xüsusilə meteohəssas adlandırılan insanlarda daha qabarıq nəzərə çarpır. Tibbdə bu hal meteopatiya kimi tanınır. Əsasən ürək-damar, sinir, oynaq və immun sistemi zəif olan şəxslərdə hava dəyişikliyi ilə bağlı şikayətlər daha çox üzə çıxır”.
Bu barədə həkim-terapevt Vəfa Hüseynova Demokrat.az-a açıqlama verib.
O deyib ki, atmosfer təzyiqində dəyişikliklər qan damarlarının daralması və ya genişlənməsinə səbəb olur:
“Nəticədə bəzi insanlarda baş ağrısı, başgicəllənmə, halsızlıq, təzyiqdə kəskin enmə və ya qalxma müşahidə edilir. Xroniki hipertenziya və ya hipotoniya xəstələri bu hallara daha çox məruz qalırlar. Temperatur və rütubətin dəyişməsi də bədənə təsirsiz ötüşmür. Havanın birdən-birə soyuması revmatizm və oynaq xəstəliklərini xatırladır, soyuğa həssas olan insanlarda ağrılar artır. İsti havalarda isə ürək-damar sistemi daha çox yüklənir. Ürək döyüntüləri sürətlənir, tərləmə artır və bədəndə maye-elektrolit balansı pozula bilər. Külək və hava axınları əsəb sistemi üzərində gərginlik yaradır. İnsanlarda səbəbsiz əsəbilik, yuxusuzluq, diqqət dağınıqlığı müşahidə olunur”.
Həkim diqqətə çatdırıb ki, bu isə gündəlik həyat keyfiyyətinə mənfi təsir göstərir:
“Yağış və yüksək rütubət oynaqlarda və əzələlərdə ağrıların artmasına səbəb ola bilər. Bu, xüsusilə artrit və revmatizm xəstələrində daha çox müşahidə edilir. Ona görə də meteohəssas insanlar üçün hava proqnozunu izləmək vacibdir. Günün şərtlərinə uyğun geyim seçmək, bol maye qəbul etmək, ağır yeməklərdən uzaq durmaq lazımdır. Bununla yanaşı istirahətə vaxt ayırmaq və lazım gəldikdə həkim məsləhəti ilə dərmanlardan istifadə etmək çox faydalıdır. Bu sadə tədbirlər sağlamlığın qorunmasına, həm də gündəlik həyat keyfiyyətinin yaxşı saxlanmasına kömək edir”.
Leyla Turan
Demokrat.az