AXCP sədrinin müavini Fuad Qəhrəmanlı sosial şəbəkə hesabında məqalə paylaşaraq öz “rəhbəri” Əli Kərimlini mədh edib. Təbii ki, bu, təəccüblü deyil və heç bir işə yaramayanların bir-birini mədh etməsi adı hal kimi dəyərləndirilir və cəmiyyət üçün heç bir maraq kəsb etmir. Ancaq Yeni Azərbaycan Partiyasının üzvü, YAP xətti ilə 55 saylı Siyəzən – Quba – Xızı seçki dairəsindən deputat seçilmiş Müşfiq Məmmədlinin bu paylaşımı bəyənməsi birmənalı qarşılanmayıb və müzakirələrə yol açıb.
Deputat Müşfiq Məmmədlinin reaksiyasını öyrənmək üçün KONKRET.az-ın əməkdaşı onunla əlaqə saxlayıb.
Saytımıza açıqlamasında millət vəkili bildirib ki, bu məsələdə təxribat elementləri var və tamamilə feyk məlumatdır:
“Mən bu məsələni araşdırıram. Qeyd edim ki, sosial şəbəkə hesablarım köməkçilərim tərəfindən idarə olunur. Bütün hallarda hesab edirəm ki, bu mənə qarşı hazırlanan bir təxribatdır. YAP üzvü kimi mən Azərbaycan Respublikasının Prezidenti, Müzəffər ALi Baş Komandan İlham Əliyevin siyasətini dəstəkləyirəm, Ulu Öndərin siyasi kursuna daim sadiqəm və bu, hər zamən belə də davam edəcək. Əli Kərimli və onun komandasını isə Azərbaycanda bir müxalifət yox, düşmən kimi görürəm. Ona görə də mənim tərəfimdən onun statusunu bəyənmək kimi bir halın baş verməsi, əlbəttə, qeyri-mümkündür. Bir daha bəyan edirəm ki, media bu cür məlumatı dərc edərkən tələsməməli və mənim mövqeyimi öyrənməli idi”, – deyə Müşfiq Məmmədli vurğulayıb.