ABŞ Panama kanalına əlavə qoşun toplayır

DÜNYA 23 aprel 2025, 23:04
Amerika Birləşmiş Ştatları (ABŞ) Panama kanalı zonasında yerləşdirilən hərbçilərinin sayını artırmaq niyyətindədir. 

Demokrat.az
xəbər verir ki, bu barədə Pentaqonun rəhbəri Pit Heqset məlumat verib.

O bildirib ki,  ilk növbədə Amerika hərbi gəmilərinin Panama kanalından keçmə hüququna dair çərçivə sazişi və hər iki sahildə ABŞ hərbçilərinin əlavə olması ilə bağlı çərçivə sazişini təmin etdik.

Heqset aprelin 9-da Panamaya səfər edib. Həmin vaxt o, birgə təlimlərdən də bəhs edib.

Mart ayında NBC telekanalı bildirmişdi ki, ABŞ  Çinin Panama kanalı üzərində təsirini azaltmaq üçün Panamada hərbi mövcudluğunu artıra bilər. 

Pentaqon Panama ordusu ilə hərbi əməkdaşlığın dərinləşdirilməsindən tutmuş kanalın ələ keçirilməsinə qədər müxtəlif variantları nəzərdən keçirirdi. 


Əfsanə Kamal
Demokrat.az

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
23 aprel 2025, 21:48
Top