Ərdoğan öz vəzifəsini 4-cü sinif şagirdinə təhvil verdi — VİDEO

DÜNYA 23 aprel 2025, 21:12
Türkiyədə 23 Aprel Milli Suverenlik və Uşaq Bayramı münasibətilə tədbirlərin keçirildiyi yerlərdən biri də Ankaradakı Prezident Sarayı olub.

Demokrat.az "Haber Global"a istinadən xəbər verir ki, ənənəyə görə, Prezident Rəcəb Tayyib Ərdoğan öz vəzifəsini 4-cü sinif şagirdi İpek Vera Yolçuya təhvil verib.

Nazirlər Kabineti və Milli Təhlükəsizlik Şurasının iclaslarının keçirildiyi zalda bu dəfə uşaqların səsi eşidilib.

"Uşaq prezident" titulu ilə iclasa sədrlik edən İpek Vera öz layihələrini və tələblərini irəli sürüb.

Qızın ilk təklifi məktəb həyətlərinin daha çox yaşıllaşdırılması olub. Gündəmdəki digər mühüm mövzu kimi uşaqların sosial şəbəkələrdən istifadəsi önə çıxarılıb. "Kiçik prezident"in təklifinə görə, sosial şəbəkələrin faydalı istifadəsi artıq məktəblərdə dərs kimi tədris ediləcək. Bu istiqamətdə tədris proqramına sosial media savadlılığı fənninin əlavə edilməsi nəzərdə tutulur.

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
23 aprel 2025, 21:48
Top