Hamiləlik zamanı qan azlığı uşaqda ürək qüsuru yarada bilir — ARAŞDIRMA

MARAQLI 24 aprel 2025, 00:11
Erkən hamiləlikdə anemiyadan əziyyət çəkən qadınların anadangəlmə ürək qüsurları olan uşaq dünyaya gətirmə ehtimalı əhəmiyyətli dərəcədə yüksəkdir. 

Demokrat.az
xəbər verir ki, Oksford Universitetinin alimləri belə nəticəyə gəliblər.

Tədqiqata uşaqlarına anadangəlmə ürək qüsuru diaqnozu qoyulmuş 2776 qadının və belə xəstəlikləri olmayan uşaqları olan 13 000-dən çox qadının tibbi məlumatları daxil edilib. 

Məlum olub ki, hamiləliyin birinci trimestrində anemiya ürək qüsuru olan uşaq analarının 4,4 faizində, nəzarət qrupunda isə yalnız 2,8 faizində baş verib. 

Bütün mümkün risk faktorları nəzərə alındıqdan sonra anemiyası olan anaların anadangəlmə ürək qüsuru olan uşaq dünyaya gətirmə ehtimalı 47 faiz daha çox olub.

Oksfordun aparıcı mütəxəssisi Dr Duncan Sparrow bildirib ki, ürək qüsurlarının inkişafına bir çox amillərin təsir etdiyini bilirdik, lakin indi anemiyanın vacib olduğuna dair klinik sübutlarımız var. 

Alimlər bildirir ki, hamiləlikdən əvvəl və hamiləlik dövründə dəmir preparatlarının qəbulu yeni doğulmuş uşaqlarda ağır ürək qüsurları riskini əhəmiyyətli dərəcədə azalda bilər.


Əfsanə Kamal
Demokrat.az

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
23 aprel 2025, 21:48
Top