ABŞ-də "Səhərə qədər sağ qalmaq" adlı yeni qorxu filminin tamaşaçıları kinoteatrda bütün gecəni bağlı qapılar arxasında keçirəcəklər.
Oxu.Az xəbər verir ki, bu barədə "ComicBook" məlumat yayıb.
Məlumata görə, "Screen Gems" şirkəti filmin ekranlara çıxması şərəfinə qeyri-adi təşviqat aksiyası keçirəcək.
22 aprel çərşənbə axşamından başlayaraq ABŞ-nin səkkiz şəhərində tamaşaçıların dözümlülüyünü sınayan kinomarafon təşkil olunacaq. Onlar axşam saat 19-dan səhərə qədər kinoteatrda bağlı qalmalı və bu müddət ərzində filmi təkrar-təkrar izləməlidirlər.
Seans zamanı yatmaq, nəzərdə tutulmuş fasilələr xaricində tualetə getmək və telefonlardan istifadə etmək qadağandır. Qaliblər mükafat qazanacaqlar, ən böyük mükafat isə 5 min dollar olacaq.
Marafonlar Los-Anceles, Nyu-York, Sietl, Çikaqo, Vaşinqton (Kolumbiya dairəsi), Denver, Atlanta və Mayami şəhərlərində keçiriləcək.