İşğaldan azad edilmiş ərazilərdə bu qədər torpaq icarəyə verilib

SİYASƏT 23 aprel 2025, 11:52
“2025-ci ilin birinci rübündə artım tempi ötən ilin eyni dövrü ilə müqayisədə 1.9% olub”. 

“Qafqazinfo” xəbər verir ki, bunu kənd təsərrüfatı nazirinin müavini İlhamə Qədimova Milli Məclisin Aqrar siyasət komitəsinin təşkil etdiyi ictimai dinləmədə bildirib.

Eyni zamanda nazir müavini qeyd edib ki, işğaldan azad edilmiş ərazilərdə müasir suvarma sisteminin tətbiqi geniş vüsət alıb: “2021-ci ildən etibarən azad edilmiş ərazilərdə fermerlərin yaylaqlara mövsümü köçü başlayıb. 2024-cü ildə Şərqi Zəngəzurda və Qarabağ iqtisadi rayonları üzrə 1022 fermerə məxsus 249 min 996 xırdabuynuzlu davar, eyni zamanda 10 min 49 baş iribuynuzlu mal-qara və 4 min 217 fermerə məxsus 195 min 203 arı ailəsi qeydiyyatdan keçib. 

Bu ərazilərdə kənd təsərrüfatının bərpası daim diqqət mərkəzindədir. Bu sahədə yeni dəstək mexanizmlərinin formalaşdırılması və tətbiq olunması qarşıya qoyulan vəzifələrdəndir. İşğaldan azad edilmiş ərazilərdə 4,7 min hektar çoxillik əkmələr altında olan kənd təsərrüfatı təyinatlı torpaqlar ayrı-ayrı subyektlərə icarəyə verilib. Aqrar sahədə fəaliyyət göstərən subyektlərə Zəngilan rayonunda 2 min 220 hektar, Qubadlı rayonunda 2 min hektar ərazi üzrə kənd təsərrüfatı təyinatlı torpaq uzunmüddətli icarəyə verilib. 2024 və 2025-ci təsərrüfat ili üçün 60 min 789 hektar əkin sahəsi üzrə qısamüddətli icarə müqavilələri bağlanıb”.

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
23 aprel 2025, 13:44
Top