Görmə qabiliyyətini geri qaytaran KƏŞF

MARAQLI 22 aprel 2025, 11:33
İtirilmiş görmə qabiliyyətinin bərpası ilə bağlı böyük kəşfə imza atılıb.

Demokrat.a
z xəbər verir ki, Cənubi Koreyada yerləşən KAIST Universitetində aparılan bu inqilabi araşdırma, görmə itkisinə səbəb olan retina zədələnmələrinə daimi bir həll təqdim edə bilər. 

Professor Jin Woo Kim-in rəhbərliyi altında çalışan alimlər, retina bərpasını əngəlləyən əsas zülal olan PROX1-i hədəf alaraq görmə qabiliyyətinin yenidən qazanılmasına nail olublar.

Belə ki, PROX1 zülalının bloklanması, KAIST tədqiqatçılarının zədələnmiş retinanı bərpa etməsinə və siçanlarda görmə qabiliyyətini bərpa etməsinə imkan verib.

“Scitechdaily.com” saytında yer alan xəbərə görə, PROX1 proteini sinir hüceyrələrinin inkişafında rol oynasa da, zədələnmiş bölgələrdə toplanaraq bərpanı dayandırır. 

Maraqlısı odur ki, balıqlarda bu proteyininin olmadığı müəyyən edilib və bu səbəbdən onların retina bərpasında daha uğurlu olduqları ortaya çıxıb.

Araşdırma qrupu bu proteyini təsirsiz hala gətirən xüsusi bir antikor hazırlayıb. 

“Celliaz” adlı biotexnologiya şirkəti ilə əməkdaşlıq çərçivəsində inkişaf etdirilən CLZ001 adlı bu antikor, siçanlar üzərində aparılan sınaqlarda retina hüceyrələrinin yenidən əmələ gəlməsinə səbəb olub. 

Müalicə olunan siçanlarda görmə qabiliyyəti altı ay müddətində qorunub saxlanılıb.
KAIST komandasından Dr. Eun Jung Leenin sözləriə görə, sınaqlarla bağlı yeni mərhələyə keçməyə hazırdılar. 

İnsanlar üzərində sınaqlara isə 2028-ci ilə kimi başlaya bilərlər.


Jalə
Demokrat.az

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
22 aprel 2025, 14:40
Top