Ağdamda 30 yaşlı kişi qohumuna qarşı dələduzluq etdi

KRİMİNAL 21 aprel 2025, 19:59
Ağdam rayonunda 1995-ci il təvəllüdlü Seymur qohumu Məhərrəmə qarşı dələduzluq edib. 

Demokrat.az-ın əldə etdiyi məlumata görə, Laçın rayon sakini Seymur 2023-cü ilin fevral ayında məlum olmayan gündə və vaxtda etibardan sui-istifadə etmə və aldatma yolu ilə özgənin əmlakını ələ keçirmək məqsədi ilə qohumu Məhərrəm ilə aralarında olan söhbət zamanı işlədiyi fermanın yaxınlığında yonca sahəsinin olduğunu, həmin yonca sahəsini bir illik icarəyə alıb qazanc əldə edəcəklərinə inandırıb. 

O, yalan vəd verməklə Məhərrəmə bu işlərin görülməsi üçün 13000  manat məbləğində pul lazım olduğunu bildirib. 2023-cü ilin fevral ayında məlum olmayan gündə və vaxtda Məhərrəmə məxsus Ağdam rayonunun Çəmənli kəndində yerləşən fərdi yaşayış evində 13000 manat nağd pulunu tamah niyyəti ilə cinayətdən xəbərsiz arvadının yanında Məhərrəm ilə aralarında olan şifahi razılaşmaya əsasən sonuncunun arvadından alıb.

Cinayət işi üzrə təqsirləndirilən şəxs qismində ifadə verən Seymur ona elan olunmuş ittiham üzrə özünü təqsirli bilib. O, ifadəsində göstərib ki, 2023-cü ilin fevral ayında Məhərrəmdən 13000 manat alaraq qaytarmayıb: “Aldığım pulun üstündə Məhərrəmə əlavə olaraq 2000 manat qaytaracam. Pulu Məhərrəmdən icarəyə torpaq sahəsi götürüb "ot əkəcəyəm" adı ilə almışam. Pulu mənə Məhərrəmin arvadı Sevinc sonuncunun yaşadığı evdə verdi. Məhərrəmin evinə keçmiş arvadım ilə birlikdə getmişəm. Məhərrəm arvadımın dayısıdır. Tutduğum əməldən peşmançılıq hissi keçirmişəm”. 

Bu cinayət işinə Ağdam Rayon Məhkəməsində baxılıb. Məhkəmənin hökmü ilə Seymur 3 il müddətinə azadlıqdan məhrum edilib. 

Zərərçəkmiş Məhərrəmin mülki iddiası təmin edilib. Təqsirləndirilən şəxsdən 13000 manat alınaraq zərərçəkmiş şəxsə verilməsi qərara alınıb. 

Fariz Məlikli
Demokrat.az

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top