Son günlər azyaşlılar arasında kəskin respirator virus infeksiyalarının və rotavirusun yayılması müşahidə olunur. Xəstəliyin əsas əlamətləri arasında hərarətin 39 dərəcəyə qədər yüksəlməsi, burun axması, boğaz ağrısı, öskürək, ishal və ümumi halsızlıq yer alır. Uşaqları bu xəstəlikdən necə qoruya bilərik?
Bununla bağlı pediatr Xəyalə Quliyeva Demokrat.az-a açıqlama verib.
O qeyd edib ki, bu hər il müşahidə olunan haldır:
“Yay və yaz aylarına yaxın daha çox yayılır. Virusdan qorunmaq üçün əllər yuyulmalı, əgər uşaqda xəstəlik varsa maskadan istifadə olunmalıdır. Hər hansı bir uşaqda xəstəlik varsa uşaq təcrid olunmalıdır. Evdə əgər bir uşaqda olursa, digər uşağa yoluxma ehtimalı yüksəkdir. Xəstəlik zamanı su çox itirilir. Uşağa gün ərzində tez-tez maye verilməlidir. Ağır yeməklər tövsiyə edilmir. Pəhriz yeməklərinə keçmək lazımdır”.
Leyla Turan
Demokrat.az