“ABŞ özü də neftin qiymətinin çox aşağı düşməsində maraqlı deyil” — ŞƏRH

DÜNYA 21 aprel 2025, 19:05
ABŞ və İran arasında nüvə məsələləri ilə bağlı artıq bir neçə görüş keçirilib. Son görüşlərdə razılaşmanın olacağına dair ümidlər var. 
 
Politoloq Fərhad Məmmədov Demokrat.az-a açıqlamasında bildirib ki, adətən İrana müəyyən miqdarda neftin satılmasına icazə verilir:

“O, sanksiyadan çıxarılıb və bu, əlbəttə ki, neftin qiymətinə müəyyən dərəcə təsir göstərə bilər. Lakin nəzərə almaq lazımdır ki, neftin qiymətinin dramatik şəkildə aşağı düşməsi ABŞ-ın marağında deyil.  Çünki əgər öncələr ABŞ özü neftin alıcısı idi. Maraqlı idi ki, neftin qiyməti aşağı olsun. ABŞ Tramp dövründə neftin istehsalçısına çevrilir. ABŞ da ədalətli qiymətin olmasında maraqlıdır. Onlar Şist qaz və neftdən istiqamətdə hasilatı artırırdılar, amma Şist neft və qazın hasilatı çox bahalıdır. Yəni, maya dəyərləri 45-55 dolar arasındadır. Şirkətlər hansılar ki bu işlə məşğuldur, pul qazanmaları üçün ən azı 10-15 dollar artıq satılmalıdır. Hazırda isə onlar təbii neft və qazın istehsalına başlayıblar və bu da öz növbəsində sərmayə tələb edir. ABŞ özü də neftin qiymətinin çox aşağı düşməsində maraqlı deyil. Çünki özü hasil edib satır. Neft və neftin qiymətinin ədalətli formula ilə hesablanması nəzərdə tutulur”.


Leyla Turan
Demokrat.az

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
21 aprel 2025, 21:13
Top