“Çin hazırda Avropa ilə iqtisadi əlaqələrin qurulmasında maraqlıdır. Buna görə də özünə sərfəli yollar axtarır. Bu yolların qazanılması üçün nə qədər Rusiya və Hindistana minnətdar olsa da, bu yollar öz əhəmiyyətini itirib. Artıq Çin yeni yolların qazanılmasına çalışacaq”.
Bu sözləri Demokrat.az-a açıqlamasında politoloq Zeynal Əmrəliyev deyib.
“Zəngəzur dəhlizinin rolu bu məsələdə xüsusilə böyükdür. Azərbaycan Çindən Avropaya malların daşınması üçün əhəmiyyət kəsb edən tranzit ölkədir. Dəhlizin açılmasının Çin üçün böyük strateji əhəmiyyəti var. Çin dəhlizdən istifadə edərək Avropa ölkələri ilə rahat şəkildə quru əlaqəsi təmin edə bilər. Azərbaycan son illərdə nəqliyyat infrastrukturuna kifayət qədər vəsait xərcləyib.
Azərbaycanın regionda ən güclü yol qovşağına sahib olması Çinin diqqətindədir. Düşünülmüş siyasət nəticəsində ölkəmizin son illərdə tranzit ölkə kimi əhəmiyyəti artıb. Zəngəzur dəhlizi açılması region dövlətlərinə də müsbət təsir edəcək. Təəssüf ki, Ermənistan rəhbərliyi bunun əhəmiyyətini anlamır. Zəngəzur dəhlizi Cənubi Qafqazda iqtisadi dirçəlmə yaradacaq amildir”.
Əfsanə Kamal
Demokrat.az