Zakir Fərəcovdan daha bir böyük tender

SİYASƏT 25 iyul 2025, 09:49
Sumqayıt Şəhər İcra Hakimiyyəti məişət tullantılarının yığılması üçün dəmir konteynerlərin alınmasına 798 624 AZN sərf edəcək.

Pravda.az-ın xəbərinə görə, satışı “Safari” MMC edəcək.

İcra Hakimiyyəti və MMC arasında müqavilə bağlanıb.

İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin reyestr məlumatlarına görə, "Safari” MMC 8 iyun 1999-cu ildə qeydiyyata alınıb. Nizamnamə kapitalı 20 AZN olan şirkətin hüquqi ünvanı Qusar rayonu, Qusar şəhəri, Şərifov küçəsi, ev 23-də yerləşir. MMC-nin qanuni təmsilçisi Verdixanov Mübariz Eygün oğludur.

"Safari” MMC 24 ildir fəaliyyət göstərməsinə baxmayaraq, açıq mənbələrdə barəsində hər hansı məlumata rast gəlinmir.

Mübariz Verdixanov isə yerli mediada "tender kralı” kimi təqdim edilir. Mediada "Safari Bak Upak” MMC-nin təsisçiləri kimi keçmiş deputat Asya Manafovanın qardaşı Mikayıl Manafovla keçmiş ekologiya və təbii sərvətlər naziri Hüseynqulu Bağırovun oğlu Lətif Bağırovun adı çəkilir.

Asya Manafovanın qardaşı Mikayıl Manafov o zaman 5 saylı Quba-Qusar Ərazi Ekologiya və Təbii Sərvətlər şöbəsinin direktor müavini olub.

Araşdırmalarımız zamanı məlum olub ki, Mübariz Verdixanovun şirkətləri əsasən icra hakimiyyətlərinin keçirdiyi tenderlərin qalibi olur.

Sumqayıt Şəhər İcra Hakimiyyətinin başçısı isə Zakir Fərəcovdur.

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top