Xocalı soyqırımının törədilməsində iştirak edənləri hansı cəzalar gözləyir?— AÇIQLAMA

GÜNDƏM 21 aprel 2025, 18:57
"Birbaşa soyqırım törədən şəxslərlə soyqırım törədilməsində iştirak edən şəxslərin məsuliyyəti arasında elə də fərq yoxdur. Soyqırımın törədilməsində iştirak etmək şəxsi məsuliyyətdən azad etmir, birbaşa fərdi məsuliyyətə əsas verir". 

Bu sözləri Demokrat.az-a açıqlamasında Bakı Dövlət Universitetinin müəllimi, hüquq üzrə fəlsəfə doktoru Əlövsət Allahverdiyev deyib.

"Bu, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 100 və 104-cü maddəsi ilə tösnif olunur. Soyqırımda iştirak cinayətinə görə 103-cü maddəyə əsasən, 14 ildən 20 ilə qədər azadlıqdan məhrumetmə cəzası nəzərdə tutulur. Soyqırım cinayətinə təhrik etməyə görə 104-cü maddəyə tələbinə əsasən 5 ildən 10 ilə qədər azadlıqdan məhrumetmə cəzası müəyyən olunur. Bunlar o deməkdir ki, Azərbaycan Respublikası cinayət qanunvericiliyi beynəlxalq hüquq normalarından irəli gələn müddəaları özündə əks etdirməklə həmin şəxslərin məsuliyyətdən yayınmasına imkan vermir. Həmin şəxslər Azərbaycan Qanunvericiliyi ilə mühakimə olunmalıdır".

Qeyd edək ki, Madat Babayan Xocalı soyqırımında iştirak etdiyini məhkəmədə artıq etiraf edib. 


Əfsanə Kamal
Demokrat.az

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
21 aprel 2025, 21:13
Top