MEDİA-nın səkkizinci könüllülük proqramı başlayıb — FOTOLAR

MEDİA 21 aprel 2025, 20:50
Medianın İnkişafı Agentliyinin İcraçı direktoru Əhməd İsmayılov MEDİA könüllüləri ilə görüşüb.

Görüşdə Əhməd İsmayılov sözügedən proqramın könüllülərə təqdim etdiyi imkanlar, Agentlik tərəfindən media sahəsinin inkişafı istiqamətində atılan addımlar haqqında danışıb. O, belə layihələrin jurnalistika ixtisasında təhsil alan və bu sahəyə marağı olan şəxslərin praktiki və nəzəri biliklərinin artırılması üçün önəmli olduğunu, həmçinin media sahəsində yeni informasiya-kommunikasiya texnologiyalarının və innovasiyalarının tətbiqinin stimullaşdırılması, peşəkar kadrların yetişdirilməsinə töhfə verdiyini bildirib. Sonda isə Əhməd İsmayılov gənclərin inkişafı istiqamətində görülən tədbirlərin, onlar arasında media savadlılığının artırılması üçün maarifləndirmə işlərinin vacibliyini vurğulayıb.

Üç ay davam edəcək “Könüllülük Proqramı”nın fəaliyyət planı haqqında müzakirələr aparılıb, könüllülərin fikirləri dinlənilib, təklifləri nəzərə alınıb və proqramın məqsədlərinə uyğun istiqamətlər müəyyən edilib.

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
21 aprel 2025, 22:39
21 aprel 2025, 21:13
Top