Bakıda tıxacların artması işçi ilə işəgötürən arasında problemlərə səbəb olur. Deputat Arzuxan Əlizadə tıxacların dözülməz həddə çatdığını və gecikmələrin xüsusilə iş yerlərində narazılıq yaratdığını bildirib. Parlamentin İnsan hüquqları komitəsinin sədri Zahid Oruc isə tıxac probleminin əsas səbəblərindən birinin bölgələrdən Bakıya əhali axını olduğunu deyib. O, problemin həlli üçün bölgələrə və kəndlərə qayıdış proqramlarının hazırlanmasını, regionlarda yaşayış və iş imkanlarının artırılmasını təklif edib.
Sosioloq Naib Niftəliyev Demokrat.az-a bu barədə açıqlamasında deyib ki, şəhərdə yaranan tıxac məsələsi nəqliyyat infrastrukturunun qeyri-adekvat idarə edilməsi və nəqliyyat sistemində yaranan boşluqlarla bağlıdır:
“Təbii ki, metronun “Nizami” stansiyasından “28 May” istiqamətində qatarların hərəkətinin dayandırılması və sərnişindaşımanın məhdudlaşdırılması, bunun təxminən bir ilə qədər davam edəcəyi ilə bağlı verilən açıqlamalar tıxacların yaranmasının əsas səbəbi deyil. Tıxaclar bu və ya digər formada həmişə olur və şəhər mühitində, xüsusilə milyonluq böyük şəhərlərdə tıxacların olması müəyyən mənada təbii və normaldır. Normal olmayan isə bu tıxacların necə tənzimlənməsi, iş rejiminin və qrafiklərin necə qurulmasıdır. Ümumiyyətlə, müxtəlif müəssisələrin, təhsil və tədris müəssisələrinin fəaliyyətinin necə tənzimlənməsi məsələlərinə diqqət yetirilməlidir. Düşünürəm ki, Arzuman bəyin fikrində müəyyən rasional yanaşma var. Amma bu, əslində əhalinin deyil, nəqliyyat sıxlığının problemidir. Məsələn, intervalları izləyəndə görürük ki, müxtəlif sürətlə hərəkət edən nəqliyyat vasitələrinin olduğu yerlərdə ictimai nəqliyyatın aktiv marşrutlarının sayı artdıqca tıxaclar və daşınma yükü əhəmiyyətli dərəcədə azalır. Digər tərəfdən, tənzimləmə mexanizmi başqa istiqamətdə qurulmalıdır. İctimai nəqliyyata üstünlük verilərsə, ictimai nəqliyyatın sayı artırılarsa, şəxsi nəqliyyatın yerləşməsi, park olunması və istifadəsi istiqamətində təhlükəsiz məkanlar müəyyən edilərsə və bu məsələ ciddi şəkildə həll olunarsa, tıxacların dəfələrlə azalmasına ciddi təsir göstərmək olar. Tıxac problemi böyük şəhərlərdə bu və ya digər formada həll olunur. Burada vacib olan məsələnin düzgün tənzimlənməsidir. Bu baxımdan Arzuman bəy tam olaraq haqlıdır. Amma Zahid Orucun fikirləri ilə mən qətiyyən razılaşmıram. Əhalini kəndlərə qaytarmaq, məcburən harasa yerləşdirmək Azərbaycan Respublikasının Konstitusiyasına zidd olan yanaşmadır. Azərbaycan vətəndaşı ölkənin istənilən yerində özünə yaşayış və fəaliyyət məkanı seçə bilər. Əgər Bakıya gəlirsə və burada çalışırsa, deməli, onun burada fəaliyyətə ehtiyacı var. Siz ona rayonda əvvəlcə iş yeri və müvafiq şərait yaratmalısınız ki, o, Bakıya gəlmək barədə düşünməsin. Digər tərəfdən, urbanizasiya prosesi gedir və Azərbaycanın böyük şəhərləri təkcə Bakı deyil. Gəncə, Sumqayıt, Xankəndi, Mingəçevir, Naxçıvan kimi perspektivi olan şəhərlər var. Bu istiqamətlərdə regional sənayenin, yerli infrastrukturun və yeni texnologiyaların inkişafına xüsusi diqqət yetirilməlidir. Süni intellekt bazalarının yaradılması, müəyyən mütərəqqi layihələrin icrası və əks-mərkəzləşmə prinsipi tətbiq olunmalıdır. Vacib deyil ki, rayonda rayonlu, şəhərdə isə şəhərli yaşamalıdır. Belə bir prinsip yoxdur. Bu yanaşma yanlışdır və bir millət vəkilinə yaraşmayan ifadə tərzidir. Mən bunu heç yaxşıya yaraşdırmıram. Çünki insanların hərəkətinə və fəaliyyətinə məhdudiyyət qoymaq düzgün deyil. Ola bilər ki, insan kənddən gəlib, kifayət qədər intellektualdır və burada özünə yer tapıb. Ola bilər ki, insan şəhərdə özünü ifadə edə bilmir, gedib kənddə özünə biznes qurur, müəyyən sistem yaradır, kapital yatırır və bundan fayda götürür. Yəni əks istiqamətdə hərəkətlilik və dinamika hərtərəfli olmalıdır. Biz birtərəfli vəziyyəti ona görə yaratmışıq ki, kənd təsərrüfatının, sənayenin və aqrar sahibkarlığın inkişafını düzgün formalaşdırıb dəstəkləyə bilmirik. İkinci tərəfdən, bölgələrdə ənənəvi sənaye sistemi və ya keçmiş sovet dövründə mövcud olan sistem sıradan çıxıb. Bunun əvəzinə isə uzun illər keçməsinə baxmayaraq, adekvat, uyğun, yeni texnologiyalara adaptasiya olunmuş sistem qura bilməmişik. Məsələn, adi bir müqayisə aparanda görürük ki, Yaponiyanın özündə kiçik bir hektar ərazidə Azərbaycanda eyni şəraitdə istehsal olunmayan pomidardan 60 dəfə artıq məhsul əldə edilir. Nəzərə alsaq ki, Yaponiyanın torpaqları vulkanik mənşəlidir və çox da əlverişli deyil, müqayisədə biz daha əlverişli vəziyyətdəyik. Amma texnologiyamız, elmimiz, təhsilimiz və keyfiyyətimiz, xüsusilə tətbiq səviyyəsində zəifdir. Təhsilin müəyyən keyfiyyəti var, amma ideyalarımızın və texnologiyalarımızın tətbiqi yetərincə güclü deyil. Xarici texnologiyalardan asılılıq isə inkişaf baxımından həmişə böyük baryerlər yaradır”.
Naib Niftəliyev əlavə edib ki, problemin həlli yollarına gəldikdə isə bu, nə köçdür, nə əhalini geri qaytarmaqdır, nə də insanları zorla şəhərdən kəndə göndərməkdir:
“Bütün bunlar nə qədər cəhd edilsə də, alınmayacaq. Əgər iş yerləri Bakıdadırsa, iş yerləri mərkəzdədirsə, insanlar çörəyini az-çox Bakıda tapırlarsa, mütləq şəkildə Bakıya yönələcəklər. Və yaxud bu mərkəz Bakı deyil, Gəncə, Sumqayıt olsun, yenə həmin istiqamətə axın baş verəcək. Bundan qaçmaq və bunu dayandırmaq mümkün deyil. Məsələlərin inzibati yolla həlli qətiyyən mümkün deyil. Həll yolu sosial proqramların və xidmətlərin düzgün müəyyənləşdirilməsində, sənaye müəssisələrinin yaradılmasında, aqrar sənayenin inkişafında, eləcə də Bakı şəhərində nəqliyyat, sosial və sənaye infrastrukturunun düzgün işlənilməsi və qurulmasındadır. Bakıda iş axtaran və iş tapan insanı təmin etmək və yerləşdirmək lazımdır. Mənim düşüncəmə görə, Bakı hətta Azərbaycandan iki dəfə artıq əhalini yerləşdirə bilər. Şəhərin ərazisi və miqyası böyükdür.
Sadəcə, mən tərəfdarı deyiləm ki, Azərbaycan əhalisinin əksəriyyəti gəlib Bakıda məskunlaşsın. Kimlər qeydiyyatdadırsa, kimlər fəaliyyət göstərirsə, kimlər çalışırsa, onlar yaşamalıdır. Kimlər təhsil alırsa, onlar da fəaliyyət göstərməlidir. Bununla paralel olaraq, regionların və bölgələrin inkişafına diqqət yetirilməlidir. Gəncə, Sumqayıt, Mingəçevir, Xankəndi, Naxçıvan, Xaçmaz kimi bölgələrdə nisbətən çoxsaylı əhalisi və geniş infrastrukturu olan şəhərlər regional mərkəzlər kimi götürülməlidir. Təbii ki, turizmin inkişafı, regional layihələrin həyata keçirilməsi də burada önəmli olmalıdır. Azərbaycan turizm regionudur. Əgər biz bu istiqamətdə diqqəti cəlb edə bilsək, turizm kimi sektorlara cəlb olunan şəxslər də orada müəyyən infrastruktur yarada bilərlər. Kimlərsə Bakı üçün imtiyazlı, kimlərsə Bakı üçün imtiyazsız şəhər olmamalıdır. Şəhər hər kəs üçündür. Bakı Azərbaycanın mərkəzidir və bu şəhərdə hər kəs yaşaya bilər.
Bir məqamı da qeyd etmək lazımdır ki, faktiki olaraq metronun fəaliyyətinin məhdudlaşdırılması istiqamətində gedən işlər şəhəri iki hissəyə bölüb. Əhalinin “28 May” və ya “Nizami” stansiyalarında qatarları tərk edib əks istiqamətə hərəkət etməsi də əlavə çətinlik yaradır. Digər tərəfdən, tıxacın başqa bir səbəbi “Formula 1” yarışlarının sentyabr ayına düşməsidir. Təxminən hər sentyabrda bu problem yaşanır. Yəni iki problem üst-üstə gəlib tıxac yaradıb. Biz deyirik ki, əhali Bakıya “Formula 1”ə baxmaq üçün gəlməyib. Bakıya gələnlər ənənəvi olaraq tələbələr, müəyyən işçi kütləsi və digər fəaliyyət sahələrində çalışan insanlardır. Bu axını biz həmişə hiss edirik. Xüsusilə Bakıda tikinti sahəsində çalışan insanlar məcburən şəhərə gəlirlər və çox aşağı, əlverişsiz şərtlərdə işləyirlər. Siz insanların əlindən bu çörəyi də almaq istəyirsinizsə, bu artıq millət vəkili olmaq deyil. Millət vəkili məsələyə hərtərəfli yanaşmalı, problemin bütün tərəflərini nəzərə almalı və fikrini də buna uyğun ifadə etməlidir. Düşünürəm ki, bu barədə təkrar düşünmək daha yaxşı olardı”.
Fidan Hacızadə