İran Prezidenti Məsud Pezeşkian aprelin 28-də Azərbaycana səfər edəcək. Bu barədə "Azad İran" İranın Ticarət-Sənaye Palatasının sədr müavini Hüseyn Pirmoazzinə istinadən xəbər verir.
Siyasi şərhçi Əziz Əlibəyli bu barədə Demokrat.az-a açıqlama verib.
O qeyd edib ki, gəlişinin bir neçə vacib səbəbi var:
“Bütövlükdə, məncə, İran-Azərbaycan münasibətlərində yeni mərhələyə start vermək üçün gəlir. Qəribədir ki, onun türk olma faktoru ön plana çıxır. Hazırda İran ilə Azərbaycan arasındakı münasibətlərdə xüsusi bir dinamika axtarmağa ehtiyac yoxdur. İqtisadi baxımından münasibətlər üst səviyyədədir, amma zaman-zaman siyasi problemlər yaşanır. Bunu nəzərdə saxlamalıyıq. Amma onun şeir deməyi, türkçülüyə istinad etməsinə də səmimi şəkildə inanmıram. Məncə narazı azərbaycanlı kütləyə hesablanmış bir müraciət tonu var. Əsas o narazı kütləni İran hakimləri ətrafında birləşdirməkdən ibarətdir”.
Leyla Turan
Demokrat.az