Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Rasim Sadıxovun sədrliyi ilə "Abzas Media işi" üzrə növbəti məhkəmə prosesi keçirilib.
Demokrat.az "Unikal"a istinadən xəbər verir ki, məhkəmədə növbəti dəfə şahidlər dinlənilib. Proses başlayanda təqsirləndirlən jurnalist Sevinc Vaqifqızı (Abbasova) vəsatət verərək bildirib ki, ötən iclasda şahid kimi dindirilən Ənvər Cəfərov yenidən dindirilməlidir, çünki açıq suallar qalıb.
Hakim bildirib ki, Ənvər Cəfərov yenidən çağırılacaq. Daha sonra digər 5 şahid ifadə verib. Onlar bildiriblər ki, təqsirləndirilən şəxslərin heç birindən pul almayıblar və onların hansısa qanun pozuntuları etmələri ilə bağlı məlumatları yoxdur.
Sonradan iş üzrə cəlb olunmuş Hafiz Babalının "Turan" İnformasiya Agentliyinin əməkdaşı olması ilə bağlı vəsiqə məhkəməyə təqdim edilib. Vəkil bildirib ki, istintaq Babalıya qarşı ittihamlarda onun reyestrdən keçmədiyini qabardıb, ancaq "Turan" Agentliyi media reyestrindən keçib və Babalı oranın əməkdaşıdır.
Sonra Hafiz Babalı Məhəmməd Kekalova suallar ünvanlayıb. Istintaqda hansı səbəblə onun haqqında yanlış ifadə verməsini sorğulayıb. Məhəmməd Kekalov isə ibtidai istintaqda dediklərinin gerçək olmadığını və ifadədən imtina etdiyini bildirib.
Növbəti proses aprelin 29-na təyin edilib.