Bu həftə Çin özünün Tiangong kosmik stansiyasına Shenzhou-20 adlı yeni insanlı missiyanı göndərməyi planlaşdırır.
Layihə 2030-cu ilə qədər Aya astronavt göndərmək kimi iddialı məqsədə doğru ölkənin növbəti addımı olacaq.
Demokrat.az xəbər verir ki, bu barədə Agence France-Presse (AFP) məlumat yayıb.
Göyərtəsində üç astronavt olan gəmi ölkənin şimal-qərbində səhrada yerləşən Ciuquan kosmodromundan yola düşəcək. Ekipaj təxminən altı ay orbitdə qalacaq və Çini Ayda daimi baza yaratmağa yaxınlaşdıracaq elmi təcrübələri davam etdirəcək.
Yeni uçuşun iştirakçılarının adları hələ rəsmi olaraq açıqlanmayıb.
Əfsanə Kamal
Demokrat.az