Qadın süni intellektdən istifadə edərək lotereyada 36 milyon rubl qazanıb

DÜNYA 22 aprel 2025, 21:44
Nijni Novqorod vilayətinin sakini süni intellekt sayəsində Rapido Pro lotereyasında 36 milyon rubl udub. 

Demokrat.az
xəbər verir ki, bu barədə RİA Novosti məlumat verib.

Məlumatda deyilir ki, Nijni Novqorod vilayətindən olan Anastasiya Sinitsyna onlayn bilet almaqla lotereyalarda iştirak edib və biletin ədədi kombinasiyası üçün neyroşəbəkəyə müraciət edib. 

Süni intellekt ona birinci sahə üçün 18, 20, 3, 9, 5, 14, 12, 7, ikinci üçün isə iki rəqəmlərini seçməyi məsləhət görüb. Anastasiya bunu edib və 36 milyon rubl udub.


Əfsanə Kamal
Demokrat.az

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top