Çin hakimiyyəti Tokioya ABŞ-ın tarif siyasətinə qarşı səyləri birləşdirməyi təklif edib.
Demokrat.az xəbər verir ki, bu barədə Kyodo agentliyi məlumat yayıb.
Jurnalistlərin məlumatına görə, məktub Çin Dövlət Şurasının baş naziri Li Tsyanqdan Yaponiyanın baş naziri Şiqeru İşibaya göndərilib. Tokio Vaşinqtonun müttəfiqi olduğu üçün Pekinin təklifinə ehtiyatla cavab vermək niyyətindədir.
Aprelin 1-də Çin, Yaponiya və Cənubi Koreya ABŞ-ın ticarət məhdudiyyətlərinə qarşı birgə mübarizə aparmaq və elektron komponentlərin qarşılıqlı tədarükünü gücləndirmək barədə razılığa gəliblər.
Əfsanə Kamal
Demokrat.az