“Getdim, gördüm ki, Mətanət qanın içindədir”

ŞOU-BİZNES 22 aprel 2025, 22:05
Əməkdar artist İlkin Əhmədov müğənni Mətanət Əsədovanın həyatını xilas etməsindən danışıb.

Bizim.Media xəbər verir ki, bu barədə o, “Rəngarəng”də açıqlama verib.

Xanəndə hadisənin necə baş verməsi haqda bunları söyləyib:

“Mətanətin kapilyarı partlamışdı. Xilas olmağına səbəbkar olmuşam, kömək etmişəm. Hər birimizin can borcu Allahadır.
 
Həmin vaxt evinin yanından keçirdim, səhəri gün bir məclisdə olmalıydıq. Zəng etdim ki, məclisdə olmalıyıq. Yanında bir nəfər var idi, telefonu o götürdü. Dedim ki, Mətanət haradadır? Dedi, “vəziyyəti çox pisdir”. Soruşdum ki, niyə? Maşını saxladım, dedi ki, “burnundan qan açılıb, Mətanəti qan aparır..” Getdim, gördüm ki, qanın içindədir, qan dayanmır.

Həkimə çatdırdım, dedi ki, “bir az da geciksəydiniz, qan köçürmə ilə də kömək edə bilməzdik””.

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top