Makron parlamenti buraxmaq fikrinə düşüb

DÜNYA 22 aprel 2025, 23:59
Fransa Prezidenti Emmanuel Makron növbədənkənar seçkinin keçirilməsi üçün payızda parlamenti buraxmaq imkanını nəzərdən keçirir.

Bu barədə Oxu.Az "Bloomberg" agentliyinə istinadla xəbər verir.

İddia edilir ki, E.Makron parlamentin buraxılması və bu payızda növbədənkənar seçkinin keçirilməsi imkanlarını öyrənir, çünki onun beynəlxalq arenada nüfuzu Fransa prezidentinin öz vətəndaşları arasında populyarlığının artmasına kömək edir.

Son həftələrdə Makron bu məsələ ilə bağlı yaxın ətrafı ilə məsləhətləşib, lakin hazırda heç bir qərar verməyib.

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top