Qubada körpü yararsız VƏZİYYƏTDƏ: "Kəndə nə girişimiz var, nə də çıxışımız" (VİDEO)

GÜNDƏM 22 aprel 2025, 23:46
Son günlər yağan aramsız leysan yağışları Quba rayonunun Xanəgah kəndində fəsadlara səbəb olub. Cağacıq çayına gələn sel suları körpünü yararsız vəziyyətə salıb.

Nəticədə, kəndin bir hissəsinə avtomobillərin giriş və çıxışı məhdudlaşıb.

"Çay kəndi iki hissəyə bölür. Kəndə nə girişimiz var, nə də çıxışımız. Mühasirədə qalmışıq. Uşaqlar məktəbə gedə bilmirlər. Xəstəmiz olsa, həkimə apara bilməyəcəyik", - deyə kənd sakinləri narazılıqlarını bildiriblər.

Ətraflı Baku TV-nin süjetində
 

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top