"Shirvanshah Hotel Restaurant"da "Uzakrota"nın 15 illik yubiley tədbirləri çərçivəsində Azərbaycanda fəaliyyət göstərən turizm şirkətləri və media nümayəndələri üçün səhər yeməyi təşkil olunub.
"Uzakrota" Səyahət Zirvəsi onlayn turizm agentlikləri, hava yolları şirkətləri, otellər, səyahət agentlikləri, səyahət texnologiyası startapları, qonaqpərvərlik investorları, vençur kapitalistləri, texnoloji şirkətlər və distributor texnologiya şirkətləri üçün ən böyük toplantı və b2b platformalarından biridir. "Uzakrota Travel Summit" ən böyük şirkətləri dünyanın ən parlaq zehin mərkəzləri və səyahət sənayesinin peşəkarlarını birləşdirir. Hər il qlobal olaraq, dünyanın fərqli ölkələrində bu qəbildən tədbirlər təşkil edir. Azərbaycanda da artıq 3 möhtəşəm tədbir həyata keçirilib. Gələn il isə daha geniş coğrafiyadan olan turizmçiləri Bakıda bir araya gətirməyi planlayır. Bu səpkidə tədbirərin həyata keçirilməsi Azərbaycanı yeni turizm destinasiyası kimi sərgiləməyə imkan yaradır. Bu isə gələcəkdə turizm axınının güclənməsi öz töhfəsini verə biləcək adımlardan biri kimi dəyərləndirilməlidir.
Tədbirdə Azərbaycan Sağlamlıq və Termal Turizmə Dəstək Assosiasıyasının sədri Ruslan Quliyev, Türk Hava Yolları Bakü Ofis Müdürü Hamid Eldeleklioğlu, ATMU dekanı Bahadur Bilalov çıxış edərək "Uzakrota"ya uğurlar arzulayıb və Türkiyə-Azərbaycan turizm tandemi olaraq, hər iki ölkənin dünya turizm məkanından daha çox pay alması üçün birgə fəaliyyətlə səyləri artırmağın vacibliyini vurğulayıblar. Eləcə də "Uzakrota" CEO-su Gokhan Erdoğan, Tansel Yigiter Genel Müdür, Ömer Gündoğdu Genel Müdür yardımçısı çıxış edərək, " Uzakrota"nın yaxın və uzaq hədəfləri, qarşıda duran vəzifə və planları haqqında geniş məlumat veriblər.
Tədbirin sonunda ikitərəfli görüşlər keçirilmiş və turizm ailə fotosu çəkilib.