
2010-2024-cü illərin statistik rəqəmləri təsdiq edib ki, Avropa ölkələri arasında ən qısaömürlü insanlar Azərbaycanın payına düşür.
Bir vaxt xüsusilə cənub bölgəmizin ağsaqqal-ağbirçəklərinin yaşı ilə dünya xalqlarına meydan oxusaq da, bu gün 100 yaşayanlarımızın sayına güclə barmaq qatlayırıq.
Azərbaycanda orta ömür göstəricisi 74 yaşdır. Daha bir statistika göstərir ki, qadınlar kişilərə nisbətən daha çox yaşayırlar.
Sosioloqların sözlərinə görə, cəmiyyətdə kişilərin sosial məsuliyyəti onları qayğılarla yükləyir. Kişilər isə qadınlarla müqayisədə qeyri-sağlam həyat tərzinə daha meyillidirlər.
Baku TV-nin mövzu ilə bağlı paytaxt sakinləri arasında keçirdiyi sorğu zamanı vətəndaşlar kişilərin daha az yaşamasını müxtəlif səbəblərlə əlaqələndiriblər.
"Qadınlar kişiləri çərlədir, ona görə də az yaşayırlar", − deyə sakinlərdən biri bildirib.
Daha ətraflı Baku TV-nin süjetində: