Bu il nə qədər ərazi minalardan təmizlənib?

HADİSƏ 22 aprel 2025, 18:00
Bu ilin birinci rübündə respublika ərazisində ümumilikdə 11 min hektar ərazi minalardan təmizlənib.

Demokrat.az xəbər verir ki, bu barədə informasiyanı Azərbaycan Respublikası Minatəmizləmə Agentliyi (ANAMA) yayıb.
 
Qeyd edilib ki, ilin ilk üç ayında təmizlənən ərazilərdə ümumilikdə 13 min 956 ədəd mina və partlamamış hərbi sursat aşkar edilərək zərərsizləşdirilib. Onlardan 1 141-i piyada əleyhinə mina, 485-i tank əleyhinə mina, 12 min 330-u isə partlamamış hərbi sursatlardır.

Xatırladaq ki, ANAMA tərəfindən minatəmizləmə əməliyyatları işğaldan azad edilmiş bütün ərazilərdə - Qarabağ və Şərqi Zəngəzur iqtisadi rayonlarında, o cümlədən Qazax rayonunun Bağanıs Ayrım, Aşağı Əskipara, Xeyrımlı, Qızılhacılı kəndlərində həyata keçirilir.
 

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top