
UFC çempionu Həbib Nurməhəmmədov Azərbaycanın paytaxtına gələcək.
Demokrat.az xəbər verir ki, bu barədə o, özü instaqram hesabında paylaşım edib.
Səfərin səbəbi iyunun 21-də Bakıda keçiriləcək “UFC 260” turniridir.
Turnirdə iştirak edəcək rusiyalı döyüşçü Tagir Ulanbekovun məşqçisi olan Nurməhəmmədov onunla bir yerdə paytaxtımızda olacaq:
“Biz Taqir Ulanbekovla birlikdə qonaqpərvər Azərbaycana yollanacağıq. Yalnız qələbə”.
