Qazi xərçəngdən vəfat etdi

SOSİAL 22 aprel 2025, 17:49
İkinci Qarabağ müharibəsinin iştirakçısı Həsənov Toğrul Nizaməddin oğlu ölümcül xəstəlikdən vəfat edib. 

Demokrat.az  "Unikal"a istinadən xəbər verir ki, 1989-cu il təvəllüdlü T.Həsənov Ucar rayonunun Təzə Şilyan kəndində dəfn olunub. 

Ailəsinin verdiyi məlumata görə, o, müharibənin gedişatında yaralanıb, sağaldıqdan sonra yenidən aktiv döyüşlərə qatılıb. Vətən müharibəsi iştirakçısına "Müharibə veteranı" adı verilsə də, ona yaralandığına görə qazilik təyin edilməyib. 

Həmçinin bildirilib ki, müharibədən sonra aldığı travmalara görə öz hesablarına Türkiyədə müalicəyə göndərilib. Lakin son bir ildə xərçəng xəstəliyinə tutulub. T.Həsənov elə bu səbəbdən dünyasını dəyişib. 

Toğrul ailənin yeganə oğlu olub. Ailəlidir, 2 azyaşlı övladı var. 

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top