Naxçıvanda dələduzluq edən şəxs TUTULDU

HADİSƏ 22 aprel 2025, 17:29
Naxçıvan Muxtar respublikasında (MR) dələduzluq edən şəxs saxlanılıb.

Demokrat.az xəbər verir ki, daxil olan müraciətlər əsasında polis əməkdaşlarının keçirdikləri tədbirlərlə işə düzəltmək adı ilə bir neçə şəxsin xeyli miqdarda pul vəsaitini mənimsəyən, əvvəllər də məhkum olunmuş Culfa rayon sakini Yusifov Araz saxlanılıb.

Faktla bağlı Babək Rayon Polis İdarəsində Cinayət Məcəlləsinin müvafiq maddəsi ilə cinayət işi başlanılıb, araşdırmalar davam etdirilir. (Report)
 

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top