Rusiyada güclü partlayış olub, fövqəladə vəziyyət elan edilib

DÜNYA 22 aprel 2025, 19:22
Rusiyanın Vladimir vilayətinin Kirjaç rayonunda partlayış baş verib, həmin ərazidə fövqəladə vəziyyət elan edilib.

“Report” Rusiya KİV-ə istinadən xəbər verir ki, bu barədə ölkənin Fövqəladə Hallar Nazirliyi məlumat yayıb.

"Kirjac rayonunda partlayış baş verib. Hadisə yerində məsul qurumlar işləyir. Daha sonra ətraflı məlumat veriləcək", - vilayətin qubernatoru Aleksandr Avdeyev “Telegram” kanalında bildirib.

Vladimir vilayətinin Kirjaç rayonunun başçısı Yelena Karpova qeyd edib ki, hadisə yerinə bütün çevik reaksiya qüvvələri cəlb edilib.

Kirjaç rayonunun Barsovo və Mirnıy qəsəbələrindən sakinlərin təxliyəsi həyata keçirilir.

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top