"ABŞ hər iki tərəfi təhdid etməyə çalışır" — Politoloq

GÜNDƏM 22 aprel 2025, 19:17
Aprelin 18-də ABŞ dövlət katibi Marko Rubio bəyan edib ki, Ukrayna və Rusiya arasında sülh sazişinə dair razılığın əldə olunacağına dair real siqnal müşahidə olunmasa, Vaşinqton danışıqlardan geri çəkiləcək. 

ABŞ Rusiya-Ukrayna danışıqlarından geri çəkiləcəkmi?

Mövzu ilə bağlı politoloq Turab Rzayev  Demokrat.az-a açıqlama verib.

O diqqətə çatdırıb ki, “ABŞ düşünür ki, əgər geri çəkilərsə münaqişə hər iki tərəf üçün fəlakət ola bilər. Bu zaman Ukrayna maksimum silahlar alacaq. Rusiyanın bütün hədəfləri atəş altına alacaq. Bir sözlə Ukrayna hücumları daha da genişləndirəcək. ABŞ Rusiyadan öz dəstəyini çəkəcəksə, hücumlar daha çox genişlənə bilər. Ukrayna üçün bu daha pis ola bilər. ABŞ-nin çəkilməsi bir tərəfdən, Ukraynanın maddi, maliyyə yardımları azaldılmasının işarədir. Burada Ukrayna itirəcək. Digər tərəfdən, Rusiyaya qarşı istifadə olunan silahlarını artırıla bilər, Rusiyaya qarşı olan sanksiyalar ağırlaşdırıla bilər. Yəni, münaqişənin qızışması hər iki tərəfə daha böyük itki verə bilər. ABŞ buna görə də, indi hər iki tərəfi təhdid etməyə çalışır ki, ortaq nöqtəyə gəlsinlər. ABŞ geri çəkilərərsə hər iki tərəfə zərərləri toxunacaq. Ola bilsin ki, bəlli bir müddət sonra hansısa şəkildə bu davam etsin”.


Leyla Turan
Demokrat.az

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top