Daşkəsəndə yaşlı kişi ehtiyatsızlıqdan yıxılaraq ağır xəsarətlər alıb.
Hadisə rayonun Alunitdağ qəsəbəsində baş verib. 1965-ci il təvəllüdlü İlham Abdiyev müalicəvi bitkilər yığmaq istəyərkən qayadan yıxılaraq ağır xəsarət alıb.
Ağır kəllə-beyin travması alan 60 yaşlı kişi əvvəlcə Daşkəsən rayon Mərkəzi Xəstəxanasına, oradan isə Gəncədə yerləşən tibb müəssisələrindən birinə yerləşdirilib. İ. Abdıyevə ilkin tibbi yardım göstərilib, vəziyyəti ağır qiymətləndirilir. (Bizim.Media)

