Azərbaycanda konstitusiya quruluşunun əleyhinə olan cinayətlər törətməkdə təqsirləndirilən Emin Qasımzadənin cinayət işi üzrə məhkəmənin yekun prosesi keçirilib.
Demokrat.az APA-ya istinadən xəbər verir ki, bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Telman Hüseynovun sədrliyi ilə keçirilən prosesdə hökm oxunub.
Hökmə əsasən, Emin Qasımzadə 15 il müddətə azadlıqdan məhrum edilib.
Qeyd edək ki, ittihama görə, Emin Qasımzadə istifadəsində olmuş sosial şəbəkə hesabları vasitəsilə Ermənistan tərəfinin rəsmi qurumları ilə gizli əlaqə qurub.
Azərbaycan Respublikasının dövlət təhlükəsizliyi və maraqları əleyhinə istifadə edilməsi məqsədilə məlumatlar ötürdüyünə görə Dövlət Təhlükəsizliyi Xidmətində (DTX) onunla bağlı araşdırma aparılıb.
O, Azərbaycanın suverenliyi, ərazi toxunulmazlığı və dövlət təhlükəsizliyinin zərərinə olaraq Ermənistan tərəfə məlumatlar ötürərək dövlətə xəyanət etməkdə təqsirləndirilir. Bundan başqa, qeyd olunan hərəkətlər zəminində öz sosial şəbəkə hesabında dövlət əleyhinə açıq çağırışlar edib, həmçinin Azərbaycan ərazisində milli nifrət və düşmənçilik yaratmağa yönələn hərəkətlər törədib.
İttihama görə, E.Qasımzadə sosial şəbəkə vasitəsilə əlaqə qurduğu şəxslərin tələblərini yerinə yetirib, onlara Şuşa şəhəri və digər ərazilərdən istədikləri yerlərin fotolarını və digər məlumatları göndərib.
DTX tərəfindən cinayət məsuliyyətinə cəlb edilmiş Emin Qasımzadə Cinayət Məcəlləsinin 274 (dövlətə Xəyanət), 281.2-ci (dövlət əleyhinə yönələn açıq çağırışlar) və 283.1-ci (milli nifrət və düşmənçiliyin salınmasına yönələn hərəkətlər) maddələri ilə təqsirləndirilir.