Hərbçimizin meyiti kanaldan tapıldı — FOTOLAR

HADİSƏ 23 aprel 2025, 17:05
Ötən gün Bərdə rayonu Lənbəran kənd sakini 1983-cü il təvəllüdlü Hafiz Zülfüqarovun meyiti Qarabağ suvarma kanalından tapılıb.

Demokrat.az “Unikal”a istinadən xəbər verir ki, H.Zülfüqarov Müdafiə Nazirliyinin hərbi qulluqçusu olub.

O, gizir rütbəsində xidmət edirdi.

İlkin məlumata görə, H.Zülfüqarov ürəktutmadan vəfat edib. Daha sonra Qarabağ suvarma kanalına düşüb.

Faktla bağlı Bərdə Rayon Prokurorluğunda araşdırma aparılır.



 

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
23 aprel 2025, 20:27
Top