Laçın sərhəd-buraxılış məntəqəsi: Son boşluq aradan qaldırıldı — VİDEO

QARABAĞ 23 aprel 2025, 19:37
Laçın sərhəd-buraxılış məntəqəsinin (SBM) qurulmasından iki il ötür.

"Caliber"in "YouTube" kanalında yayımlanan yeni süjet məhz bu mövzuya həsr olunub.

Bildirilib ki, Laçın sərhəd-buraxılış məntəqəsinin qurulması Azərbaycanın müasir tarixinin ən əlamətdar hadisələrindən biridir. Belə ki, məhz bu addımla ölkəmizin təhlükəsizlik sistemindəki son boşluq aradan qaldırıldı, Azərbaycanın suverenliyinin tam bərpası mümkün oldu.

Qeyd olunub ki, Laçın SBM-in qurulması o zaman hələ erməni separatçılarının nəzarətində olan Azərbaycan torpaqlarına hərbi texnika və şəxsi heyətin aramsız axını, eləcə də hərbi xuntanı dəstəkləyən bir sıra siyasətçilərin ardıcıl səfərləri fonunda baş verib.

Daha ətraflı "Caliber"in yeni videomaterialında:

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
23 aprel 2025, 21:48
Top