Avropa çempionatında çıxış edəcək cüdo üzrə Azərbaycan millisinin heyətində dəyişiklik olub.
Azərbaycan Cüdo Federasiyasının mətbuat xidmətindən Demokrat.az.az-a verilən məlumata görə,olimpiya, dünya və dördqat Avropa çempionu Hidayət Heydərov xəstələndiyi üçün həkimlərin qərarı ilə heyətdən çıxarılıb.
Onu yarışda Rəşid Məmmədəliyev (73 kq) əvəzləyəcək.
Qeyd edək ki, cüdo üzrə böyüklər arasında Avropa çempionatı 23-27 aprel aralığında Monteneqroda keçiriləcək. Mötəbər turnirdə ölkəmizi 15 cüdoçu (9 kişi, 6 qadın) təmsil edəcək.