"Maklaren" komandasının avstraliyalı pilotu Oskar Piastri "Formula-1" üzrə dünya çempionatının beşinci mərhələsi - Səudiyyə Ərəbistanı Qran-prisinin qalibi olub.
Oxu.Az xəbər verir ki, yarış Ciddənin şəhərdaxili trasında keçirilib.
İkinci yeri "Red Bull"un niderlandlı pilotu Maks Ferstappen tutub.
Üçlüyü "Ferrari"nin monakolu pilotu Şarl Lekler qapayıb.
99 xal toplayan Piastri çempionatın ümumi hesablamasında liderlik edir. İkinci yerdə onun komanda yoldaşı britaniyalı Lando Norrisdir (89 xal). Son dörd mövsümün çempionu Maks Ferstappen isə 87 xalla liderlər üçlüyündə yer alır.
Mühəndislər kubokunda "Maklaren" (188 xal) birinci yerdədir. Üçlüyə həmçinin "Mersedes" (111 xal) və "Red Bull" (89 xal) daxildir.
Qeyd edək ki, "Formula-1" çempionatının altıncı mərhələsi 2-4 may tarixlərində Florida ştatının Mayami şəhərində (ABŞ) keçiriləcək.