“Şamaxı” “Kəpəz”ə qalib gəldi

İDMAN 20 aprel 2025, 19:30

Bu gün Azərbaycan Premyer Liqasında 31-ci tura yekun vurulacaq.

Son günün ilk oyununda “Şamaxı” “Kəpəz”i qəbul edib.

Üç qolluq bu qarşılaşma meydan sahiblərinin xeyrinə yekunlaşıb.

Turun qapanış matçında isə “Zirə” “Sumqayıt”ı sınağa çəkəcək.

Daha öncə keçirilmiş “Araz-Naxçıvan” – “Turan Tovuz” matçında heç-heçə (1:1) qeydə alınıb, “Sabah” “Səbail”ə (3:2), “Qarabağ” “Neftçi”yə (3:0) qalib gəlib.

Azərbaycan Premyer Liqası
31-ci tur
20 aprel

“Şamaxı” – “Kəpəz” 2:1

Qollar: Alfons Msanqa, 27. Brahim Konate, 67 – Luis Paçu, 35.

Hakimlər: Cavid Cəlilov, Müslüm Əliyev, Eyyub İbrahimov, Elvin Bayramov .
Şamaxı şəhər stadionu, 16:30.

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top