"Konyaspor" "Qalatasaray"-a qarşı — Bu axşam

İDMAN 22 aprel 2025, 11:11
Türkiyə Kubokunun yarımfinal matçında bu axşam "Konyaspor" öz meydanında "Qalatasaray"ı qəbul edəcək .

Demokrat.az
“Hurriyete”-ə istinadən xəbər verir ki, oyun saat Türkiyə saatı ilə  20:30-da Medaş Konya Böyükşəhər Stadionunda başlayacaq. 

Abdullah Buğra Taşkınsoyun idarə edəcəyi qarşılaşma Türkiyənin ATV kanalında  canlı yayımlanacaq.

Bugünki oyunda iştirak edən oyunçuların adları açıqlanıb. 

“Konyaspor”dan meydana Deniz, Uğurcan, Bazoer, Adil, Ndao, Oğulcan, Jevtovic, Yasir, Pedrinho, Yusuf, Kramer,  “Qalatasaray”da isə Günay, Frankowski, Davinson, Abdulkerim, Eren, Torreira, Lemina, Yunus, Sara, Əhməd, Osimhen çıxacaq.


Qeyd edək ki, Türkiyə kubokunun C qrupunda yer alan sarı-qırmızılılar 3 görüşdə 1 qələbə, 2 heç-heçə edib. Beş xal toplayan "Qalatasaray" daha az kart aldıqları üçün eyni xalı və top fərqinə malik RAMS Başakşehiri qabaqlayaraq 1/4 finalçı olub. "Qalatasaray" 1/4 finalda qarşılaşdığı "Fənərbaxça"nı 2:1 hesabı ilə məğlub edərək yarımfinala yüksəlib. 

"Qalatasaray"ın da yer aldığı C qrupunu 2 qələbə və 1 heç-heçə ilə lider kimi başa vuran Konya komandası 1/4 finalda 2-ci Liqa təmsilçisi "Nesine" İskenderunsporu 3:0 hesabı ilə məğlub edib. Bu matçın qalib komandası finalda “Trabzonspor”-“Göztəpə” matçının qalibi ilə qarşılaşacaq.

Jalə
Demokrat.az

 

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top