Xırdalanda arvadını pəncərədən ataraq öldürən şəxsə 16 il HƏBS

HADİSƏ 21 aprel 2025, 15:24
Abşeronda həyat yoldaşını öldürməkdə təqsirləndirilən Hüseyn Kazımovun cinayət işi üzrə məhkəmə prosesi yekunlaşıb.

Demokrat.az APA-ya istinadən xəbər verir ki, Sumqayıt Ağır Cinayətlər Məhkəməsində hakim Nürəddin Hüseynlinin sədrliyi ilə keçirilən prosesdə hökm oxunub.

Hökmə əsasən, təqsirləndirilən Hüseyn Kazımov 16 il 6 ay müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilib.

Qeyd edək ki, hadisə ötən il iyul ayında baş verib. Belə ki, Hüseyn Kazımov qısqanclıq zəminində həyat yoldaşı Ayşən Kazımovanı qəsdən yaşadığı evin pəncərəsindən aşağı atıb.

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top