Oğlum həbs edilməyib, yanımdadır — Şərurlu İsfəndiyar

GÜNDƏM 20 aprel 2025, 12:17
"Yayılan xəbərlər tamamilə yalandır, oğlum həbs olunmayıb".

Demokrat.az 
xəbər verir ki, bunu Ajans.az-a açıqlamasında iş adamı İsfəndiyar Axundov deyib. O bildirib ki, yazılanlar qərəzli xəbərlərdir:

"Adamdan bir soruşarlar, adamın mədəniyyəti olar. Bunu yazanın bir balaca vicdanı varm? Boş-boş yazıb orada özünü reklam etməyin nə mənası var. Bu boyda yalan olmaz. Jurnalistlərə çox böyük hörmətim var, təəssüf ki, belələri də var, zəng edib soruşmur. Gecəylə götürüb verib. Tamamilə yalandır. İt hürər, karvan keçər. Onsuz da deyənlər çoxdur, qoy biri də bu olsun". 

Qeyd edək ki, mediada Şərurlu İsfəndiyar ləqəbli iş adamı İsfəndiyar Axundovun oğlu Şahin Axundov həbs xəbəri yayılmışdı.

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top