Politoloq: "Hazırda Ermənistanın Azərbaycanla münasibətlərindən çıxış etsək, optimist davranmağa ciddi əsas yoxdur"

GÜNDƏM 16 aprel 2025, 14:23
"Hazırda Ermənistanın həm Türkiyə, həm də Azərbaycanla münasibətlərindən çıxış etsək, hələlik optimist davranmağa ciddi əsas yoxdur. Azərbaycanla sülh sazişi üçün vacib bilinən addımlar atılmayıb. Belə şəraitdə Azərbaycan və Türkiyə ilə Ermənistanın yaxınlığı barədə fikrin nələrə əsaslandığını demək çətindir". 

Bu sözləri Demokrat.az-a açıqlamasında politoloq Aydın Quliyev deyib. 

"Əgər Türkiyə də öz siyasətində sona qədər qətiyyətli olarsa, Ermənistanla münasibətlərində hər hansı dəyişiklik olmayacaq. Münasibətlərin həqiqətən yaxşılaşması üçün prinsipial maneələr ortadan qalxmalıdır. Əlbəttə, münasibətlərdə ifrat inkarçılıq mərhələsi geridə qalıb. Əvvəllər rəsmi nümayəndələr bir-birilə danışmağı vacib görmürdülər. Bu gün dəfələrlə ermənistanlı nazirlər Türkiyədəki diplomatik tədbirlərə qatılır, danışıqlar aparılır. Eləcə də Azərbaycanla danışıqlar aparılır. İndiki mərhələ bir qədər "ölü" səviyyə kimi də qiymətləndirilə bilər. Bu mərhələlərin daha da irəli getməsi üçün addımlar atılmayacaqsa, ciddi dəyişiklik olmayacaqsa, indiyə qədər gəldiyimiz bu səviyyənin heç bir mənası olmayacaq. Ermənistan bu mərhələnin heç zaman olmadığı qədər yüksək səviyyəyə gəlməsini istəyirsə, normallaşmaya xidmət etməlidir".

Qeyd edək ki, Ararat Mirzoyan Türkiyənin NTV telekanalına müsahibəsində deyib ki, Azərbaycan və Türkiyə ilə heç zaman bu qədər yaxın olmamışdıq. 


Əfsanə Kamal
Demokrat.az

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top