"Qarabağ Universitetinin kənd təsərrüfatı fakültəsi Xocalıda tədris olunacaq"

SOSİAL 14 aprel 2025, 11:00
Gələcəkdə Qarabağ Universitetində 10 fakültənin fəaliyyət göstərməsi planlaşdırılır.

Demokrat.az  APA-ya istinadən xəbər verir ki, bunu elm və təhsil naziri Emin Əmrullayev Xankəndidə “Heydər Əliyev və Suveren Azərbaycan” mövzusuna həsr olunmuş konfransda bildirib.
Nazir qeyd edib ki, 2030-cu ilə qədər universitetin musiqi fakültəsi Şuşada, kənd təsərrüfatı fakültəsi isə Xocalıda tədris olunacaq.

E.Əmrullayev universitetin tələbələrinə xüsusi təşəkkür edib:

“Qarabağ Universitetinin mahiyyəti tələbələrdir. Onların universitetin inkişafında rolu böyükdür. Buna görə onlara təşəkkür düşür. Onların əzmi və uğurlu nəticələri sayəsində universitet daha da inkişaf edir və edəcək”.

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top